Məhsul kodu: 9887
Mehmed Niyazinin “Ölüm daha gözəldir” romanı Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində baş vermiş hadisələrdən və ölkəni qan içində boğan repressiyadan bəhs edir. Əsərin əsas qayəsi zülm və əzablara rəğmən, “Vətən”, “Ana”, “Qeyrət” kimi əvəzsiz nemətləri canından əziz tutan insanların faciəsini göstərmək, xatirəsini əbədiləşdirməkdir.
Romanda qismətinə ziddiyyətli dövrdə, ağır şəraitdə yaşamaq yazılmış insanların həyatı sadə və axıcı dildə qələmə alınmışdır.