Viktor-Mari Hüqo ( Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885 Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri.
Adı Tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilib.
Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər"(Les Misérables, epopeya) və "Notrdam Kilsəsnin Qozbeli"(Notre Dame de Paris), "Edama Məhkumun Son Günü" romanlarıdır.
Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.