Məhsul kodu: 9152
 Görkəmli fransız yazıçısı Onore de Balzakın ən məşhur əsəri  Bəşəri komediya  epopeyası hesab olunur. Müəllif bu epopeyada fransız həyatını bütün incəlikləri ilə təsvir etməyi qarşısına məqsəd qoymuşdu.
Özündə 90 roman və novellanı birləşdirən  Bəşəri komediya ya  Qobsek ,  Polkovnik Şaber ,  Yevgeni Qrande ,  İtirilmiş xəyallar ,  Kurtizankanın dəbdəbə və səfaləti  kimi məşhur əsərlərlə yanaşı, 1834-cü ildə qələmə alınmış  Qorio ata  romanı da daxil edilmişdir. Balzak bu dahiyanə romanında iki qızını ifrat dərəcədə sevən fədakar bir atanın faciəvi obrazını yaradıb. Fəhləlikdən varlı fabrikantlığa yüksələn Qorio arvadını erkən itirdikdən sonra bir daha heç vaxt evlənmir, bütün həyatını iki qızına həsr edir. Onun faciəsi isə qızlarının ailə qurmasından sonra başlayır...