Məhsul kodu: 4774
 Tanınmış Danimarka yazarı Lene Kaaberbol fantastik janrın kraliçası sayılır. O, 1960-cı ildə Danimarkada  kəndli ailəsində anadan olub. İlk kitabı 15 yaşı olarkən çap edilib. Həmin vaxtdan bəri o, uşaqlar və yeniyetmələr üçün 30 kitab yazmışdır. Bundan başqa onun bir neçə kitabı da böyüklər üçün nəzərdə tutulmuşdur.  Vəhşi ifritə  seriyası, artıq dünyanın bir çox ölkəsində məşhurluq qazanmış, 300.000 nüsxədən çox satılmış və hazırda da böyük maraqla tərcümə edilərək yayılan fantastik əsər seriyasıdır. Yazıçıya ilk dəfə ən böyük şöhrəti isə  Şamerin xronikası  qazandırmışdır. Bu kitab 25 ölkədə çap olunmuşdur və bütün dünya üzrə bir milyondan artıq satılmışdır. Kitabın əsasında film də çəkilmişdir. Yazarın  Çamadandakı oğlan  (  Drengen i Kufferten  ) əsəri isə Nyu York  Times ın bestsellerinə çevrilmişdir.
      
    Kitab haqqında:   12 yaşlı Klara, adi bir qız olduğu düşüncəsindədir. Bir az utancaq və həddən artıq diqqətli biridir. Amma bir gün, qara, böyük bir pişik tərəfindən hücuma məruz qalandan sonra onun xüsusi istedadı meydana çıxır. Klara artıq vəhşi aləmi başa düşür və o heyvanların nə danışdığını, nə düşündüyünü anlayır. Bu işdə xalası İsa da ona bələdçilik edir. O  artıq, heyvanların dilini başa düşür, sehrli yollarda yeriyə bilir. Amma qəflətən o, qorxmuş Kimera tərəfindən yaxalanır...