Ağ Qvardiya

Məhsul kodu: 4759

  • 9 AZN


Müəllif
Mixail Bulqakov
Kateqoriya
Klassika , Proza
Nəşriyyat
Teas Press
Səhifə
360
Tərcümə
Nadir Qocabəyli
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Mixail Bulqakovun debüt romanı Ağ qvardiya Ukraynadakı 1918-ci il vətəndaş müharibəsi zamanı bir rus ziyalı ailəsinin və onların dostlarının yaşadığı sosial kataklizmlərdən bəhs edir. Roman əsas etibarilə avtobioqrafikdir, burada bütün əsas surətlərin prototipi var. Onlar Bulqakovlar ailəsinin qohumları, dostları və tanışlarıdır. Əsərin dekorasiyaları Kiyev küçələri və Bulqakovlar ailəsinin 1918-ci ildə yaşadığı evdir. Romanın əlyazması qorunmasa da tədqiqatçılar bir çox obrazların prototipinin həyatını, əsərdə təsvir olunan hadisələri dəqiqliklə təsbit ediblər.
Müəllif öz roman-rekviyemində rus intelligensiyasının tar-mar olan dünyasını təsvir edir. Əsər vətəndaş müharibəsini əhatə edən böyük trilogiyanın birinci hissəsi təsirini bağışlayır. Bir parçası ilk dəfə 1925-ci ildə Rossiya jurnalında dərc olunan Ağ qvardiya tam halda 1927-1929-cu illərdə Fransada işıq üzü görüb. Tənqidçilər romanı birmənalı qarşılamayıblar. Sovet tənqidçiləri müəllifi sinfi düşmənləri qəhrəmana çevirməkdə , mühacir ədəbi tənqid isə sovet hakimiyyətinə loyallıqda ittiham edib. Bulqakov sonradan Ağ qvardiya nın əsasında Turbinlərin günləri adlı pyes yazıb, əsər bir neçə dəfə ekranlaşdırılıb.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar