Məhsul kodu: 3791
 Bütün dünya uşaqlarının böyük maraqla oxuduqları əsərlərin müəllifi Astrid Lindqren 1907-ci ildə İsveçin Smoland əyalətində anadan olmuşdur. O, uzun illər Stokholmdakı “Raben və Şyorqen” nəşriyyatının uşaq ədəbiyyatı redaksiyasında çalışmışdır . O, uşaqlar üçün 30-dan çox kitab yazmışdır.  Uzuncorab Peppi ,  Mio və mənim Miom ,  Balaca və Karlson  onun ən məşhur əsərləridir.
Astrid Lindqrenin 1944-cü ildə yazdığı “Uzuncorab Peppi” əsəri yazıçının qızına hədiyyəsidir. Uzuncorab Peppi müəllifin üçcildlik uşaq hekayəsinin baş qəhrəmanıdır. Kitabda  Toyuq  villasında valideynlərsiz yaşayan nadinc doqquzyaşlı qızcığazın şən və əyləncəli macəralarından bəhs edilir.