Məhsul kodu: 3685
Məşhur Azərbaycan yazıçısı Salam Qədirzadənin ötən əsrin ortalarında qələmə aldığı “Qış gecəsi” romanı İkinci Dünya müharibəsindən sonra cəmiyyətdə baş verən ictimai hadisələrin fonunda gənclərin həyat tərzindən bəhs edir. Əsər müəllifin digər romanları kimi XX əsrin ikinci yarısında gənclərin sevə-sevə oxuduğu əsərləri arasında özünəməxusluğu ilə seçilir. Romanda gələcəyin hüquqşünası, hamının “Tarçalan oğlan“ kimi tanıdığı Adilin öz ailəsindəki münasibətlərdən, Ceyran adlı rəssam qıza olan ülvi və nakam məhəbbətindən bəhs olunur.
Salam Qədirzadə bu əsərində də yaradıcılıq ənənəsinə uyğun olaraq hadisələri dramatik şəkildə qələmə alıb. Zənnimizcə, müasir gənclər də ötən əsrin ikinci yarısının gəncləri kimi əsəri həyəcanlı hisslər və kövrək duyğularla oxuyacaqlar.