Məhsul kodu: 1708
"Kommunist Partiya Manifesti" Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. İlk dəfə 1848-ci il inqilabları başlamaq ərəfəsində Kommunist Birliyi tərəfindən Londonda nəşr edilmiş Manifest sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri kimi tanınmışdır. O, kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə, kapitalizmə və kapitalist istehsal nizamlarına analitik yanaşma təqdim edir.
Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə desək, "indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda, dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışa xidmət etdi.