Məhsul kodu: 12287
 Con K.Maksvellin “Özünüinkişaf 101 - Hər lider bunları bilməlidir” kitabı şəxsi inkişaf yolunda atılacaq ilk və ən vacib addımları sadə, aydın və motivasiyaedici dillə oxucuya təqdim edir. Bu kitabda müəllif uzun illər liderlik və inkişaf sahəsində topladığı təcrübəyə əsaslanaraq, öz üzərində işləmək istəyən hər kəsə həyatda tətbiqi edə biləcəyi tövsiyələr verir. Maksvell bu kitabda  inkişaf təsadüfi deyil  prinsipini əsas götürərək, oxucunu davamlı olaraq öyrənməyə, düşünməyə və məqsədyönlü dəyişməyə təşviq
edir. Kitabı oxuduqca  Niyə şəxsi inkişaf həyat boyu davam edən prosesdir? ,  Özünüinkişafa haradan və necə başlayım? ,  Hədəflərə çatmaq üçün hansı gündəlik vərdişlər formalaşdırılmalıyam? ,  Öz potensialımı necə kəşf edib tam şəkildə istifadə etdirə bilərəm?  kimi əsas suallara cavab tapmaq olur.