Məhsul kodu: 11955
 Mir Cəfər Bağırov kim idi? Dünyanı, tarixi, həyatı dəyişməyə və bundan ötrü baş kəsməyə, qan tökməyə onu kim vəkil eləmişdi: özümü, zamanmı, Allahmı, Şeytanmı?.. 1956-cı ilin yazında Mir Cəfər Bağırovun məhkəməsində oturan adamların arasında bu çətin suallara cavab axtaranlar da yəqin ki, olmuşdu.
  O məhkəmədə Mir Cəfər Bağırova ölüm hökmü kəsildi. . 
  
Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından respublikamızda cəmi iki cildli sənəd qalıb. 
Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan həmin iki cildlik material əsasında tərtib edilib.