Məhsul kodu: 11942
“Sən, mən və lama” seriyasında Anton evdən qaçırç o, artıq son dərəcə darıxdırıcı və cansıxıcı olan anası ilə birgə yaşamaq istəmir. Ən yaxın dostu Molli ilə bərabər özlərinə lazım olan şeyləri və bir qədər yemək götürüb evdən çıxır və bir daha dönməməyə qərar verirlər. Amma onların bu səyahətdə qeyri-adi bir yol yoldaşı var. Bu “işlənmiş lamadır”. Lama uşaqlarla yeyir, onlarla içir, gəzir və dostlaşır. Amma bu səyahət heç belə normal keçə bilərdi? Əlbəttə ki, yox! Dostların lama ilə birgə başlarına gələn qeyri-adi macəralarından xəbər tutmaq istəyirsinizsə, Anton və pendir seriyasından üçüncü kitabı mütləq oxuyun!