Məhsul kodu: 11908
“Anna Karenina”nı tam haqlı olaraq dünya ədəbiyyatının məhəbbət haqda ən məşhur və ən populyar romanı adlandırırlar. Bu əsər insan qəlbinin ən mübhəm, ən sirli, ən dərin qatlarına nüfuz edir, insan ruhunun qeyri-adi gücünü göstərir. Gənc zabitə aşiq olan, heç nəyə, heç kimə baxmayaraq, ərini, ailəsini atan gənc və gözəl bir qadının hekayəsi ailə, vicdan, ictimai borc anlayışlarına əvvəlki ənənəvi baxışları dəyişir. Mədəniyyət tarixinin şəksiz ədəbi incilərindən olan bu əsərdə insan psixologiyası ən xırda çalarlarına qədər zərgər dəqiqliyi ilə işlənib. “Anna Karenina” sadəcə sevgi romanı deyil, ailə, cəmiyyət və həyat haqda bütöv bir elmdir.