Azad İnsanlar

Məhsul kodu: 11925

  • 15 AZN
  • 12 AZN


Müəllif
Halldor Kilyan Laksness
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Alatoran
Səhifə
530
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Halldor Kilyan Laksness 1902-ci il aprelin 23-də Reykyavik ətrafındakı bir qəsəbədə doğulub. Yazmağa olan güclü həvəsi hələ uşaqlıq illərində, fermalarında ailəsindən ənənəvi xalq nağıllarını və qədim dastanları dinləyərək formalaşıb, ilk məqaləsi on dörd yaşında ikən bir milli qəzetdə dərc edilmişdir. Laksness roman, hekayə, esse, şeir, tənqid növlərində altmışdan çox əsər yazmışdır. Əsərləri İslandiya və Avropada böyük marağa səbəb olmuşdur. 1953-cü ildə Dünya Sülh Konqresinin Ədəbiyyat mükafatını, 1955-ci ildə Nobel Ədəbiyyat mükafatını, 1969-cu ildə Sonninq mükafatını qazanan Laksness 1998-ci ildə həyatla vidalaşmışdır. Halldor Laksness “Azad insanlar”da müstəqilliyinə bağlı bir xalqın nümayəndəsi olan fermerin həyat mübarizəsindən bəhs edir. Bjartur on səkkiz il bir qarın yemək üçün işlədiyi torpaq ağasından satın aldığı fermasında arvadı, uşaqları, iti və qoyunları ilə təbiətə, tacirlərə və xurafatlara meydan oxuyan, sanki öz dünya müharibəsində döyüşən yoxsul bir fermerdir. İşlər heç cür istədiyi kimi getmir, amma hər dəfə ayağa qalxmağı, mübarizəyə qaldığı yerdən davam etməyi bacarır. Laksnessin ürəyi istədiyi kimi davranan, inadkar Bjartura və ətrafındakılara həssas, mehriban bir dillə həyat verdiyi sətirlər Jomsvikinq balladalarından Eddalaradək qədim İslandiya dastanlarının izi ilə gedir. “Azad insanlar” hər növ təzyiqə baş qaldıran, hər çətinliyi aradan qaldırmağa qərarlı bir insanın epik, bəzən də komik sərgüzəştindən bəhs edən, dövrlər və məkanlardan irəliyə uzanan, ovsunlayıcı bir klassik əsərdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar