Miss Brodinin Ömrünün Baharı

Məhsul kodu: 11767

  • 7.5 AZN
  • 6 AZN


Müəllif
Muriel Spark
Kateqoriya
Proza
Nəşriyyat
Nebula
Səhifə
160
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Qızlar qapının kandarına toplaşdılar və Miss Brodi onlara qapı ilə üzbəüz divara sancaqla bərkidilmiş posteri göstərdi. Posterdə irisifət kişi rəsmi vardı və aşağısında bu sözlər qeyd edilmişdi:

“Təhlükəsizlik hər şeydən vacibdir.”

– Bu gördüyünüz adam Stenli Boldvindir, qızlar. O, bir vaxtlar Baş Nazir seçilmişdi, amma qısa müddətlik, – Miss Brodi izah etməyə başladı, – direktorumuz Miss Mekkey onun rəsmini hələ də divarda saxlayır, çünki “Təhlükəsizlik hər şeydən vacibdir” şüarına inanır. Amma təhlükəsizlik hər şeydən vacib deyil, Yaxşılıq, Həqiqət və Gözəllik, bax bunlardır hər şeydən vacib olan. Arxamca gəlin.

Bu, qızlara Miss Brodinin digər müəllimlərdən fərqli olduğunu göstərən ilk hadisə idi. Bəziləri isə ilk dəfə onda dərk etdi ki, böyüklərin dünyasında kiplənib qalmış insanlar bir-birindən tamamilə fərqli ola bilərmişlər. Bunu qulaqlarına sırğa edən və şəxsən onlara heç bir zərər verməyəcək yeni qalmaqalın qoxusunu alan qızlar bu təhlükəli qadının arxasınca qarağacın sakit kölgəliyinə üz tutdular.



Bu kitab barədə iki məsələyə şübhə duyula bilməz: Miss Brodi ömrünün baharındadır və Muriel Spark modern klassik ədəbiyyatın ən istedadlı müəlliflərindən biridir!

Miss Brodi ənənələrə sadiqliyi ilə tanınan qızlar məktəbinin yenilikçi müəllimidir və şagirdlərindən altısına nəinki gərəkli bildiyi təhsili verir, həm də onlarla ən gizli sirlərini, arzuları paylaşır. Amma Miss Brodiyə heyranlıq duyan və onun arzuladığı həyatı yaşamağa ürəkdən hazır olan bu qızlardan biri ona xəyanət edəcək.

“Miss Brodinin ömrünün baharı” baş gicəlləndirən karusel kimidir və Muriel Spark kitab boyunca oxucunu heyrətə salmaqdan, sujet xəttinə hər abzasda, hər cümlədə xəyanət etməkdən çəkinmir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar