Məhsul kodu: 11770
“Uçmaq istəyirsiniz? Quştək azad, kəpənək kimi yüngül?”
Brimir və Hulda çox-çox uzaqlarda, kainatın bilinməyən ucunda, mavi planetdəki kiçik adada yaşayırlar. Bu planetdə böyüklər yoxdur, sadəcə uşaqlar, heyvanlar və bolluca macəra var.
Amma bir gün özünü cənab Xoşvaxt adlandıran, qəribə görünüşlü bir adam kosmik gəmisi ilə qəzaya uğrayır və adaya düşür. Sadəlövh uşaqlar arasında özünə asanlıqla yer tapmağı bacaran cənab Xoşvaxt uşaqlara ən şirin yuxularına layiq xəyallarını gerçəkləşdirməyə söz verir!
Əyləncəli keçən günü axşamlar yatmalı olduqları üçün yarıda kəsmək?
Daha həmişə gündüz olacaq!
Yağış yağır deyə günü cansıxıntısı içində keçirmək?
Daha bulud olmayacaq!
Çimib təmizlənmək lazımdır deyə günün əyləncəli vaxtını əldən buraxmaq?
Daha ehtiyac qalmayacaq!
Bəs.. uçmaq necə?
Lap quş kimi!
Sadəcə dostluğun və uşaqca səmimiyyətin olduğu adaya yeni şeylər gətirən cənab Xoşvaxt əvəzində uşaqların ürəklərinin dərinliyindəki zəngin quyudan çox önəmli bir şeyi özünə götürür... Amma əsl macəra hələ başlamayıb! Brimir və Hulda planetin onların ucbatından nə hala düşdüyünü görəndə iki şeyi yenidən öyrənməlidirlər: dostluq və ədalətin önəmini.
Bu, uşaqlar üçün yazılmış sadə nağıl deyil, hər yaşdan oxuyucuya xitab etməyi bacaran, insan xislətinə və uşaq qəlbinə dair möhtəşəm əsərdir.