Məhsul kodu: 11612
Yalom psixoterapiyanın yaranması haqqında mükəmməl roman yazmışdır. O, XIX əsrin sonlarında Vyanada baş verən hadisənin mahiyyətini düşünüb tapmış və uydurduğu hekayəyə real qəhrəmanlar gətirmişdir.
Fridrix Nitsşe rus gözəli Lu Salomeyə olan ehtiraslı məhəbbətinin iztirabını çəkir, gənc Freydin müəllimi həkim Breyer isə – sonralar biri o birinin psixoterapevti olan keçmiş xəstəsinə patoloji vurğunluğunun əzabını yaşayır.
Bizim gözümüzün qarşısında dahi insanların sarsıdıcı dramı oynanılır. Bu roman tarixi faktlara əsaslansa da, tədricən bizi elə bir cəzbedici fantastik aləmə qovuşdurur ki, artıq reallığı uydurulmuş süjetdən ayırmaq mümkünsüz olur.