Məhsul kodu: 11293
 Evald Flisar (1945) Sloveniyalı yazar, dramaturq və publisistdir. 16 roman, 2 hekayə və pyes kitablarının müəllifidir. 1995-2002-ci illərdə Sloveniya Yazarlar Assosiasiyasının prezidenti olub. 1998-ci ildən  Sodobnost  ədəbiyyat jurnalının redaktorudur.  Atamın yuxuları  romanı ona dünya şöhrəti qazandırıb. Əsərləri çeşidli dünya dillərinə tərcümə olunub.
Oxuculara təqdim etdiyimiz  Sehirbazın şagirdi  romanını qlobal dünyada yolunu azmış müasir insanın həqiqət axtarışları adlandırmaq olar. Mənsub olduğu sivilizasiyanın qurbanı olmaqdan qaçan gənc oğlanın Ladakh dağlarındakı tibetli qızla nəfəskəsən macəraları ilə bu romanda tanış olacaqsınız.