Məhsul kodu: 4781
Müasir Danimarka yazıçısı İda Yessen ədəbi sahədəki ilk addımlarını 1989-cu ildə Under sten ( Daşın altında) adı altında çap etdirdiyi qısa hekayələrlə atmışdır. Həmin vaxtdan bəri yazıçı saysız romanlar, hekayələr və uşaq kitabları yazıb çap etdirmişdir. O, müasir Danimarka ədəbiyyatında psixoloji realizmin banisi hesab edilir. Əsərləri bir neçə dilə tərcümə olunan yazıçı əsasən cəmiyyətimizdə baş verənləri bədii dildə qələmə aldığı üçün çox sevilir. İda Yessen Danimarka milli akademiyasının üzvü olmaqla bərabər bədii tərcümə ilə də məşğuldur.
Kitab haqqında rəylər :
-1900-cü illərin əvvəllərini möhtəşəm təsvir edən gündəlik, həyata işıq saçan bir dram, 1900-cü illərin əvvəllərində Tireqorda yaşayan əyalət həkimi Viqand Boqqe ölümcül xəstə olsa da, o, bunu gizlədir və heç nə olmayıbmış kimi öz həyatına davam edir.
- Literatursiden.dk
-Yazıçı ər-arvad münaqişəsini, anlaşılnazlığını və gündəlik həyatda yaşananları çox incə və oxucuya yaxın bir dildə oxuculara çatdırır. Bir-birinin sözünü uda bilməmək, qarşılıqlı inamın, anlaşmanın çatışmazlığı fonunda ər-arvad münasibəti romanın əsas sujet xəttini təşkil edir.
- Danimarka oxucusu En Dansk Leser
- Yessenin təqdimatında böyük ədəbi hadisə.
- Berlingske