Çingiz Aytmatov. Seçilmiş əsərləri

Məhsul kodu: 3101

  • 9 AZN
  • 7.2 AZN


Müəllif
Çingiz Aytmatov
Kateqoriya
Proza , Klassika
Nəşriyyat
Kitab Klubu
Səhifə
504
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
83

Qısa məzmun

Çingiz Torekuloviç Aytmatov (1928-2008) — qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısıdır.

Kitaba ədibin «Gün var əsrə bərabər» (qırğızca «Kılım karıtar bir kün») romanı, «Əlvida, Gülsarı!» və «Cəmilə» povestləri daxil edilib. «Gün var əsrə bərabər» romanı 1980-ci ildə o dövrlərin ən radikal jurnalı sayılan «Novıy mir» jurnalında işıq üzü görüb. Dərc olunan gündən öz qeyri-adiliyi ilə bütün Sovet respublikalarına ildırım sürəti ilə yayıldı və cəmiyyətdə böyük diskussiyalara səbəb oldu. Yazıçı əsərinə dəmir yolu ilə qaçan bir tülkünün təsviri ilə başlayır... Sonradan məlum olur ki, bu təsadüfi deyilmiş... Yeri düşmüşkən, əsərin qüdrəti də elə ondadır ki, əsərdə söhbəti gedən bütün şeylərin öz mahiyyəti, anlamı var, hər bir xırda detallar belə sonradan məna kəsb edir... Əsəri ölməz edən daha bir detal da ondan ibarətdir ki, məhz bu mükəmməl əsər dünyaya manqurt sözünü gətirdi, o günlərdən bəri bu söz ən populyar söz kimi insanların beyninə həkk oldu...

«Əlvida, Gülsarı!» povesti ədibin ekranlaşdırılmış ən maraqlı əsərlərindən biridir. Gülsarı həyatı çətinliklərlə keçən bir kəndlinin atıdır... Əsərin motiv və süjetində «Qaragül» və «Qocacan» adlı qırğız eposlarından əlamətlər vardır ki, bu da Aytmatovun öz yaradıcılığında təkcə realizm deyil, həm də epik üsullardan məharətlə istifadə etdiyini göstərir... Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar