Badam

Məhsul kodu: 11559

  • 8.5 AZN
  • 6.8 AZN


Müəllif
Son Von Pyon
Kateqoriya
Proza
Nəşriyyat
Strauss
Səhifə
196
Tərcümə
Nərgiz Cabbarlı
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Bilmədiyin hissləri anlamaq insanın əhvalını həmişə yaxşı eləmir. Hisslər heç də asan məsələ deyil. Birdən-birə dünya gözündə tamamilə dəyişiləcək. Ən xırda şeylər belə səni kəskin silah kimi yaralayacaq. Adi bir üz ifadəsi, bir söz belə səni sancacaq. Yol kənarındakı daşlara bir bax! Heç bir şey hiss etmirlər, amma həmişə əzilirlər. İnsanlar onları tapdalayırlar, daşlar isə bundan bixəbərdirlər. Əgər bilsəydilər ki, hər gün, özü də dəfələrlə tapdalanırlar, təpiklənirlər, əzilirlər, yumalanırlar, aşınırlar, görəsən, halları necə olardı? Çox güman ki, sözlərim səndə heç bir hiss oyatmır. Yəni demək istəyirəm ki...”

“Bilirəm, bu banal səslənəcəkdir, ancaq mən belə bir nəticəyə gəlmişəm ki, sevgi insanı insan edən, bəzən isə onu bədheybətə döndərən bir qüvvədir. Bu romanla çatdırmaq istədiyim əsas fikir də məhz bu idi”.
— Son Von Pyon

“Bir sözlə bu kitab bir monstrın başqa bir monstrla qarşılaşmasından bəhs edir. Həmin monstrlardan biri mənəm”.
Yunce anadangəlmə aleksitimiya xəstəsidir. Beynində badamaoxşar cismin ölçüsü kiçik olduğuna görə qorxu, qəzəb və s. kimi hissləri duya bilmir. Yunce ailəsi — anası və nənəsi ilə birlikdə yaşayır. Onlar ailəvi bukinist işlədirlər, bura həm də onların evidir. Evin divarlarına kağızlar vurulub. Yunce kağızlardakı qeydlərə görə hissləri öyrənməyə çalışır.
Milad ərəfəsində, Yuncenin ad günündə bir faciə baş verir. Bu hadisə onun dünyasını alt-üst edir və o tək qalır.
Bir gün siniflərinə Qon adlı bir oğlan gəlir. Yuncenin həyatı bundan belə daha da çətinləşir, çünki yeni şagirdin bir məsqsədi var, onu hirsləndirmək. Lakin Yunce buna qadir deyil.
Buna baxmayaraq, zalım və qurban bir-birini tanıdıqca ortaq cəhətlərini kəşf edirlər. Qon Yuncenin hissiyyatsızlığını anlamağa çalışır, Yunce isə düşünür ki, əgər hövsələsiz, qəzəbli Qonu başa düşərsə, həqiqi hissləri duya biləcək.

“Son Von Pyon başa düşür ki, fərqli düşünən, hiss edən və ünsiyyət quran insanlar cəmiyyətin qatilləri deyil, onun xilaskarlarıdır. Onun nəsri sonsuz mərhəmət və incəliklərlə doludur”.
― Madelin Rayan


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar