İstəksiz Yuxugörənlər Cəmiyyəti

Məhsul kodu: 11560

  • 8.5 AZN
  • 6.8 AZN


Müəllif
Joze Eduardu Aqualuza
Kateqoriya
Proza
Nəşriyyat
Strauss
Səhifə
264
Tərcümə
Nərgiz Cabbarlı
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Buyurun, istəksiz yuxugörənlər cəmiyyəti ilə tanış olun:
Anqola rejimini məqalələrində tənqid edən jurnalist Daniel Benşimol yuxularında tanımadığı, lakin real həyatda var olan insanları – hətta bəzən onların doğum və ölümlərini görür. Daniel bir gün okean sularında üzərkən sukeçirməz fotokamera tapır. İçindəki fotoşəkillərə baxanda aydın olur ki, bu kimlərinsə təcəssüm etmiş yuxularıdır.
Mozambikli cazibədar rəssam-fotoqraf Moyra Fernandeş braziliyalı nevroloq Elio di Kastro ilə birlikdə yuxuları lentə almağın yollarını araşdırır.
Qaranlıq keçmişi olan partizan Hossi Keyli isə yuxu görmür, amma ətrafındakı hamının yuxularında gəzir, özü də bənövşəyi paltoda.
Və nəhayət, ölkənin parlaq gələcəyinin “yuxularını” görən Daniel Benşimolun qızı Qaringiri ağlasığmaz bir mübarizəyə atılır.
“İstəksiz yuxugörənlər cəmiyyəti” maddi həyatın təbiətinə meydan oxuyan və onu şübhə altına salan siyasi, satirik məzmunlu bir romandır.
Mükafatları:
• Mədəniyyət və incəsənət üzrə 2019 Anqola Milli Mükafatının qalibi
• Faynenşl taymz (The Financial Times) qəzeti, “2019-cu ilin ən yaxşı romanlar” siyahısı.

“Portuqal-Anqola yazıçısı Joze Eduardu Aqualuza da Fernando Pessoa və Xorxe Luis Borxes kimi yaratdığı xəyali aləmlərlə oyun çıxaran bir hoqqabazdır… Aqualuza özünəxas üslubu ilə detektivdən pastoral təsvirlərə məharətlə keçir. Onun ürəyi personajları ilə birlikdə döyünür, hər bir qəhrəmanı oxucunu valeh edir, idrak və empatiya sərhədlərini genişləndirir.”
Star Tribun (Star Tribune) qəzeti

“Anqolanın ən yenilikçi yazarlarından Joze Eduardu Aqualuza real hadisələr əsasında qələmə aldığı bu romanı vasitəsilə Anqolanın təbəddülatlı keçmişini göz önünə sərir… O, portuqaldilli Afrika ölkələrinin ən qabaqcıl yazarlarından biridir. Onun bir roman personajı deyir ki, “Maraqlı bir hekayən varsa, sən kral sayılırsan”. Əgər bu, doğrudursa, Aqualuza özünü qitənin krallarından biri saymalıdır.”
Faynenşl tayms (The Financial Times)


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar