Fərqli və Ziddiyətli Mirzə Fətəli Axundov

Məhsul kodu: 11467

  • 10 AZN
  • 8 AZN


Müəllif
Aydın Balayev
Kateqoriya
Araşdırma , Tarix
Nəşriyyat
Səhifə
200
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

Tarix elmləri doktoru Aydın Balayevin Fərqli və ziddiyyətli M.F.Axundov - əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi kitabı nəşr edilib.

Kitab Axundovun bu gün azərbaycanlılar” və ya Azərbaycan türkləri” adlandırdığımız toplumun milli kimliyinin formalaşması prosesindəki rolunun araşdırılmasına həsr edilib.

Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə və Azərbaycanlıların milli kimliyinə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən sonuncudur.

Müəllifə görə, özünü iranlı hesab edən və İrana aid hər şeyə xüsusi sevgi və həssaslıqla yanaşan Axundov, nə qədər qəribə olsa da, fəaliyyəti ilə Şimali Azərbaycan əhalisinin yüzilliklərlə davam edən İran təsirindən qurtulması proseslərinə təkan verib.

Kitabda həmçinin M.F.Axundovun fəaliyyəti fərqli yönlərdən araşdırılır.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O doxsanadək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar