slide

Yuval Noah Harari

Yuval Noah Harari – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir."Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq


1