Məhsul kodu: 9952
Josef Kempbel dünya xalqlarının miflərini araşdıraraq bu qənaətə gəlib ki, bütün əsatirlər arxetipik qəhrəmanın sərgüzəştlərini əks etdirən ümumi süjet strukturuna malikdir və bu qəhrəmanı monomif adlandırır. Kempbelə görə qəhrəmanın sərgüzəştləri bir neçə etapda cərəyan edir; hər hansı bir çağırışla o adi dünyadan çıxır və hansısa bir öndərin yardımıyla üst dünyaya gedən yoldakı əngəlləri adlayır. Bundan sonra qəhrəmanı sınaqlar gözləyir, hansısa müttəfiqlər ona yardım edir, ilahi-anaya və tanrı-atayla görüşür, sonda ən ağır sınaqdan da keçərək mükafat alır. Bunun ardınca metaforik ölüm və dirilmə gəlir. Daha sonra qəhrəman adi dünyaya qayıdır və bu yolda yenə də onu sınaqlar gözləyir. Öz əvvəlki dünyasına qayıdan qəhrəman bu dünyanı yaxşılaşdırmağa başlayır...
"Min Simalı Qəhrəman" əsərinin ideyaları əsasında Walt Disney studiyasında rejissor Corc Lukas "Ulduz Müharibələri" filmini çəkmişdir.