Məhsul kodu: 9742
Bu kitabda yazıçı Etibar Muradxanlının 90-cı illərində qələmə aldığı oxuyacağınız “Əsirin əsiri” və “Şeytan Balası” povestləri yazıçının ilk qələm təcrübələri olsa da, kitab şəklində birinci dəfədir ki, işıq üzü görür.
“Əsirin əsiri” elmi fantastika, “Şeytan Balası” isə antiutopiya janrında yazılıb. Hər iki povest xaos və qaranlıqla, soyuq və ümidsizliklə dolu 90-cı illər insanını narahat edən milli və bəşəri, siyasi və mənəvi problemlərə həsr olunub. Hər iki povest esxatoloji ovqata köklənib, qiyamət vahiməsi ilə yüklənib. Mənəvi-daxili azadlıq ideyası isə bu povestlərdən qırmızı xətlə keçir və əsas qəhrəmanların mübarizəsində əks olunur.