Məhsul kodu: 9728
1995-ci ildə Qubada yazıçı Rahim Dünyamalı ov tüfəngi ilə özünü vurub intihar edir.
Rahim Dünyamalı sovet dövrünün son səs-küylü romanlarından birinin – Tərsinə addımlayan kölgələr (1989) – müəllifi idi. Roman respublika səviyyəsində ona şöhrət və məşhurluq gətirsə də, yaşadığı Quba rayonunda saysız-hesabsız düşmən qazandırmışdı. Çünki həmin dövrdə Qubada partiya komitəsində və yerli idarəetmədə baş verən neqativ halları yazıçı elə məharətlə qələmə almışdı ki, bunu ona bağışlaya bilməzdilər. Dostlarının ehtimalına görə Rahim Dünyamalının özünə qəsd etməsinin bir səbəbi də yaşadığı rayonda daim təqib olunması idi. İllər sonra da.
Tərsinə addımlayan kölgələr romanının köhnə nüsxələri çoxdan tükənib, nə yazıçını, nə onun əsərini, nə də yaratdığı səs-küyü demək olar ki, indi heç kim xatırlamır. (Əli Novruzov)