Cümhuriyyətə Gedən Yol

Məhsul kodu: 9665

  • 10 AZN
  • 8 AZN


Müəllif
Boran Əziz
Kateqoriya
Tarix , Siyasət , Araşdırma , Elmi-Kütləvi
Nəşriyyat
Çapar Yayınları
Səhifə
356
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
79

Qısa məzmun

Kitabda Azərbaycan adının anlamı, tarixi ərazisi, milli azadlıq hərəkatını doğuran amillər, onun mənbələri, dövrləri və cərəyanlarından bəhs olunur. Bundan başqa tarixşünaslığımızda ilk dəfə olaraq bu kitabda milli azadlıq hərəkatının dövrləri dəqiqləşdirilmiş, onun dörd dövrdən ibarət olduğu müəyyənləşdirilmiş, hər bir dövrün başlandığı və qurtardığı illər, bu illərin əsas xüsusiyyətləri elmi cəhətdən əsaslandırılmışdır. Eyni zamanda kitabda ilk dəfə olaraq M.Ə.Rəsulzadənin və M.B.Məmmədzadənin əsərlərinin həm milli azadlıq hərəkatı problemlərinin öyrənilməsində, həm də bütövlükdə Azərbaycan tarixinin konsepsiyasının düzgün qiymətləndirilməsi, müəyyənləşdirilməsindəki yeri və rolu təhlil edilmişdir. Keçən əsrin 1905-1907-ci illəri və 1917-ci ildən sonra milli azadlıq hərəkatındakı cərəyanlar, onların əsas prinsipləri, oxşar və fərqli cəhətlərinin müqayisəli elmi təhlili, Rusiya əsiri türklərin milli mücadiləsində Azərbaycan siyasi xadimlərinin yeri və rolu da kitabın maraqlı səhifələrindəndir. Problemlə bağlı ilk dəfə tərtib edilən cədvəllər də oxuculara mövzunu daha yaxşı öyrənməyə kömək edəcək. Bütün bunlardan sonra gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Cümhuriyyəti təsadüfən, Rusiya imperiyasının dağılmasından sonra avtomatik olaraq meydana gəlməyib, rus bolşevikləri və erməni daşnakları tərəfindən soyqırımına məruz qalaraq çoxsaylı qurbanlar verməsinə baxmayaraq istiqlal yolundan geri çəkilməməsindən, ağır, məşəqqətli, ancaq şərəfli milli azadlıq mübarizəsindən sonra yaranmışdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar