Məhsul kodu: 9580
Hər şeyi bilən adamın dastanı
Qədim Şumer-Akkad ədəbiyyatının ən yaxşı nümunələrindən biri sayılan və təxminən e.ə. VI-II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülüb, bu günümüzədək gəlib çatmış “Bilqamıs” dastanı (dünyanın hər üzünü görmüş, hər şeyi bilən adamın dastanı) dünya ədəbiyyatının ən nadir incilərindən hesab olunur. Bu dastanda qədim insanların əbədi həyat, ölməzlik haqqında arzu və düşüncələri, onların həyat və məişəti geniş bədii lövhələrlə əks olunmuşdur.