Məhsul kodu: 9576
Ernest Miller Heminquey – amerikalı yazıçı və jurnalist. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə Iceberg ) üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə omission ) yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı.
Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.