Məhsul kodu: 9145
Qadının üç yaş dövrü” romanı bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət, azadlıq hissləri ilə tanışlığını nəql edərkən, digər tərəfdən də yüz illik müddət ərzində üç qadının həyatını və bu həyatlar arasındakı bağları, ağrı-acıları, ümumiyyətlə, həyat və ölüm mövzularını müzakirə-yə açıq qoyur. “Qadının üç yaş dövrü”ndə oxucu Qərb və Şərq mədəniyyətlərini təmsil edən Qustav Klimtin “Qadının üç yaş dövrü” rəsm əsəri və “Əsli və Kərəm” dastanı ilə yenidən qarşılaşacaq, insan həyatının əvvəlki mədəniyyət nümunələri ilə necə səsləşdiyinə bir daha şahid olacaq.