Satışın Qara Qutusu

Məhsul kodu: 8942

  • 17 AZN
  • 13.6 AZN


Müəllif
Famil Alməmmədov
Kateqoriya
Fərdi inkişaf-Motivasiya , Biznes-İqtisadiyyat , Araşdırma
Nəşriyyat
Strauss
Səhifə
184
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

I fəsil. Peşəkar satışın tarixi mərhələləri.

Bu fəsildə son 150 ildə satışın formalaşdığı tarixi mərhələlərə açıqlama vermişəm və hesab edirəm ki, marketinqin formalaşdığı tarixi əzbərə bildiyimiz kimi satışın da formalaşdığı mərhələlər haqqında məlumatlı olmaqda bir çox faydalar olacaq.

II fəsil. Müştərilər.

Bu fəsildə satış və marketinq adamları, menecerlər, iş adamları müştəri psixologiyası və satış prosesi zamanı onların davranışlarına təsir edən məqamlarla, onların tipləri ilə, istehlakçı qrupları və s. mövzularla geniş səviyyədə tanış ola biləcəklər.

III fəsil. Satıcılar.

Bu fəsil birbaşa satış adamlarının özünə aiddir. Onlar bu fəsildə özlərinin hansı satıcı qrupuna aid olduqlarını, hansı tipə aid olduqlarını, satıcı psixologiyası, partizan satıcı və s. mövzularla tanış ola biləcəklər.

IV fəsil. Satış psixologiyası.

Bu fəsildə satış adamları satış prosesi zamanı istifadə olunan sual tipləri, sual tiplərinin satışlara təsir formaları ilə tanış ola biləcəklər.

V fəsil. Satışlar və satış ideologiyası.

Bu fəsildə strateji satışlar və onun növləri, satışda yeddi prinsip, satışın tipləri, B2B, B2R, B2G, G2B, B2C, C2B və s. satış növləri ilə tanış olacaqlar.

VI fəsil. Qeyri-rəsmi ünsiyyət.

Fəsildə müştərilərlə ünsiyyət zamanı istifadə olunan qeyri – rəsmi ünsiyyət formsından, onlarla ünsiyyət zamanı neqativ, pessimist mövzulardan danışılır.

VII fəsil. Ətirli satışlar.

Bu fəsildə ticarət obyektlərində istifadə olunan ətirlərin satışlara və müştəri davranışlarına təsirlərində yazmışam.

VIII fəsil. Musiqi janrları ilə satışlar.

Fəsildə musiqinin müştəri davranışlarına və satışlara təsirlərindən yazmışam. Bu fəsil musiqini seçimini sıradan işçilərə həvalə edən supermarket idarəçilərinə və mağazadaxili satışlar edən menecerlərə aiddir. Çox maraqlı fəsildir. Mütləq oxuyasrınız.

IX fəsil. Telemarketinq.

Burada telefon danışıqlarının yaratdığı fürsət və təhlükələrə, zənglərin növlərinə, telemarketinqin mərhələlərinə və ümumiyyətlə bu satış metoduna bir aydınlıq gətirmişəm.

X fəsil. Rəqiblər və rəqib kəşfiyyatı.

Rəqiblər haqqında informasiyanı necə toplamaq olar. Qocaman işçilər, test alışlar və s. mövzulara toxunulmuşdur.

XI fəsil. Şəbəkə biznesi.

Bu fəsildə bir çoxlarının neqativ yanaşdıqları və el arasında da şəbəkə marketinqi kimi daha çox ad qazanmış şəbəkə biznesi haqqında mövzulara toxunmuşam. Düşünürəm ki, bu sahənin adamları üçün maraqlı məqamlara toxunmuşam.

XII fəsil. Smart metodu.

Fəsildə “SMART” metodu ilə satışda hədəflərin təyin olunması qaydasına açıqlama vermişəm.

XIII fəsil. Müştərilərlə əlaqələrin idarə edilməsi (CRM).

Fəsildə CRM sisteminin əhəmiyyətindən, sistemin funksiyasından, bu sistem kimə lazımdır kimi suallara cavab vardır.

XIV fəsil. Terminalogiya.

Son fəsil. Burada satış və marketinq sahələrində işlədilən və tez-tez rast gəlinən terminlər haqqında məlumatlar vardır.

Növbəti yazımda fəsillərə açıqlama verməyə çalışacam. Hələlik bu qədər. Faydalı olması niyyəti ilə.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar