Bütün Bunlar Nə Deməkdir?

Məhsul kodu: 4662

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Tams Neygel
Kateqoriya
Fəlsəfə , Elmi-Kütləvi , Araşdırma
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
136
Tərcümə
Emin İmanlı
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Çağımızın məşhur amerikalı filosoflarından olan Tams Neygel fəlsəfənin zehin, əxlaq, siyasət, epistemologiya və s. sahələrində bir çox yeni fikirləri ilə tanınır. Hal-hazırda o, Amerikanın Nyu-York universitetində professor kimi fəaliyyət göstərir. O, araşdırmaları və kitablarına görə dünyanın nüfuzlu fəlsəfi mükafatlarına layiq görülmüşdür.

Bu kitab düşüncə tarixinə müraciət etmədən hər biri öz-özlüyündə anlaşıla bilən doqquz fəlsəfi problemə birbaşa giriş hesab olunur. Neygel bu kitabda heç bir “izm”ə və böyük filosofların fikirlərinə müraciət etmədən sadə bir dillə mövzunu təhlil etməklə oxucunun özünü mövzulara yaxın hiss etməsini təmin edir. Müəllif problemlərə konkret cavablar verməyərək onları açıq saxlayır və oxucunu düşünməyə vadar edir:

“Fəlsəfəni öyrənməyə başlamaq üçün ən yaxşı yol fəlsəfi suallar barədə birbaşa düşünməkdir. Fəlsəfənin əsas qayğısı – hamımızın hər gün barəsində düşünmədən istifadə elədiyimiz ən ümumi düşüncələri sorğulamaq və anlamaqdan ibarətdir”.

“Bütün bunlar nə deməkdir?” kitabı dünyanın 21 dilinə – çin, alman, portuqal, fransız, italyan və s. – tərcümə olunub və nəinki fəlsəfəsever insanları, hətta fəlsəfə ilə əlaqəsi olmayan şəxslərin də marağına səbəb olub. Kitabda həyatın mənası, ölüm, azad iradə, ədalət və bu kimi ən aktual fəlsəfi problemlərdən danışılır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar