Məhsul kodu: 4192
 Filologiya elmləri namizədi, jurnalist-alim,  Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi  Sona Vəliyeva həm də ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq sahəsində çoxsaylı yazıları ilə tanınmışdır. Onun indiyə qədər işıq üzü görmüş «Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi» (2002), «Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası» (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007) şerilər kitabı  oxucular tərəfindən rəğbətlə qarşılanıb.
«Arazbarı» şeirlər kitabı  müəllifin şair kimi oxucularla  ikinci görüşüdür. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi  yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq  insan qəlbini riqqətə gətirir.