Məhsul kodu: 4152
Avestanın dili haqqında M.Müin yazır: Sasani dövründə tərirb edilib,bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə Avesta dili adı ilə məşhurdur.
İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran dilləri qrupuna daxildir. M.Müin Avestanın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.
M.Müin Avestanın dövrü haqqında bildirir ki, Avestanın qədim dövrünü düzgün təyin etmək üçün Zərdüştün yaşadığı dövrü düzgün müəyyənləşdirmək lazımdır. Lakin Zərdüştün dövrü dəqiq müəyyənləşdirilmədiyinə görə Avestanın da dövrü dumanlıdır. O,yazır: Avestanın dövrünü təqribən eramızdan əvvəl VII əsr (660-cı il) götürmüş olsaq, belə bir nəticəyə gəlmək olar ki, bu kitab hindlilərin Riqvida və yəhudilərin Tövratından sonra dünyanın ən qədim kitablarından biridir.
M.Müin Bartolomeyə istinad edərək göstərir: Qatların dili, onda olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann digər hissələri qədim dövrün abidələri deyil.
Avestada dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə (dəyişmə) üsulu ilə ticarət edir,hələ də sikkə pulun nə olduğunu bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi.
Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:
Getha (Qatlar)
Yəsna
Vidivdad (Vəndidad)
Yəşt
Xurda Avesta
Məzdəkilər hərəkatının banisi Zərdüşt ilk dəfə öz ideologiyasını və onun qayda-qanunlarını şer formasında təriqətçilərin və müridləri arasında yayaraq onları təbliğ etməyə başlamışdır.Öz növbəsində təriqətçilər və habelə şagirdlər də onun nəğmə və dualarına oxşar dualar və nəğmələr hazırlamışlar.
Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şər ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir.
Bu kitab satışda qalıb?
Rüstəm Dadaşov