Məhsul kodu: 4086
Çoban olaraq peyğəmbər, kral, hökmdar, şah və sultanın başçılıq etdiyi sürü, yəni xalq anlayışı XIX əsrə qədər siyasət elminin ana metaforu idi. Qədim Misir fironları, Şumer kralları, Babil imperatorları, Midiya hökmdarları, Türk xaqanları, Səfəvi şahları, Osmanlı sultanları, Rus çarları, hətta ingilis və fransız kralları öz xalqlarının çobanı adlandırılırdı. Tacqoyma mərasimində hökmdarın əlində tutduğu əsa, başındakı tac çobanlıq rəmzi idi. Onlar “insanların çobanı” titulunu daşıyırdılar. Türklərin ən böyük imperiyasının adı olan Hun “qoyun” deməkdir. Türklərin tarixdə yaratdığı dövlətlər (Hun, Ağhun, Qarahun, Ağqoyunlu, Qaraqoyunlu) və tayfa ittifaqları (Baranlı, Bərəndey, Qızılkeçili, Qarıkeçili, Qaracaqoyunlu, Ağcaqoyunlu) məhz qoyun adı daşıyıblar.
Monoqrafiya tarix morfologiyası, ieorofaniya, epifaniya və xarakteoqrafiya mövzusunda ölkəmizdə yazılmış ilk əsərdir.