Məhsul kodu: 4085
Kitabda ölkə və dünya tarixşünaslıq elmində ilk dəfə tədqiq olunan mövzu Aran
Səlcuqlu məlikliyi (1093-1119) və Aran Atabəylərinin (1119-1153) siyasi, hərbi, dini-mədəni və sosial-iqtisadi tarixi araşdırılıb. Mərkəzi Gəncə olan hər iki siyasi təşəkkül 60 illik tarixində Böyük Səlcuq imperiyası və İraq Səlcuqlu dövləti daxilində cərəyan hadisələrin mərkəzində yer alaraq, Azərbaycan intibahı adlandırılan dövrün ictimai-siyasi təməllərini atmışdır.
Monoqrafiya tarixçilər, tarix həvəskarları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.