Məhsul kodu: 3737
Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin az saylı əsərləri təyyarəçi-pilot Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Balaca şahzadə” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur. 1944-cü ildə son kəşfiyyat uçuşundan qayıtmayan Ekzüperi Böyük Səhrada qeyb olan Balaca şahzadə kimi öz planetinə çəkildisə də, qoyub getdiyi planetdə silinməz izi qaldı.