Məhsul kodu: 3733
“Yaşıl gözlü qız“.Müəllifin elmi-fantastikia janrında yazılmış birinci kitabıdır.2009-cu ildə Ankarada (Türkiyə) beynəlxaılq müsabiqədə üçüncü mükafata layiq görülüb.
Kitab kosmik qəıza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qızın – Leminin sərgüzəştlərindən bəhs edir. Yadplanetli qız tezliklə Yerdə özünə dostlar və düşmənlər qazanır.Əsərin qəhrəmanları – məktəblilər Lemiyə kömək edir, Kainatın sirlərini açmağa, başqa sivilizasiyalardan bizim fərqimizi başa düşməyə çalışırlar. Ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar fikirləşirlər. Lemi uşaqların köməyilə öz planetinə qayıtmağa çalışır.
Olduqca bilgiverici olan bu əsər təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngindir.