Məhsul kodu: 3694
Salam Qədirzadə gənclər arasında ən çox oxunan müəlliflərdəndir. “Şlyapalı Mauqli” adlı bu kitaba yazıçının ən maraqlı hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu müəllifi həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və yaşadıqları gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaqlar.