Məhsul kodu: 3692
Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.
Fəxrəddinin timsalında azadlıq fədaisinin, Nizami Gəncəvinin timsalında xalqına bağlı olan Azərbaycan ziyalısının, Qızıl Arslan simasında mübariz sərkərdə və ədalətli hökmdarın obrazı yaradılır. Eyni zamanda Məhsəti Gəncəvi obrazı ilə də o dövrün ədəbi mühitində qadınların rolu və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində qadına şəxsiyyət kimi verilən dəyər tərənnüm olunur.