Məhsul kodu: 3466
Ayzek Azimov XX əsr dünya fantastikasının ən görkəmli nümayəndələrindən biridir. Ayzek Azimovun yaradıcılığını tam işıqlandırmaq mümkün deyil, çünki yazıçının mövzu dairəsi, qaldırdığı problemlər çoxşaxəli və çoxaspektlidir.
Bundan başqa, yazıçının heyrətamiz işgüzarlığı və yaratdığı əsərlərin miqdarı bunu etməyə imkan vermir. Ayzek Azimov fantast olsa da, bu günün yazıçısıdır: bəşəriyyətin qayğıları ilə yaşayır, onları fantastika vasitəsilə bariz şəkildə çatdırmağa çalışır.
Kitaba “Təməlçilər”, “Kosmik axınlar” romanları, “Peşə”, “Gəlin yığışaq”, “Marslıların yolu”, “İki yüz yaşlı adam” hekayələri daxil edilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.