Məhsul kodu: 12420
T. Harv. Eker Kanadanın Toronto şəhərində dünyaya göz açır, uşaqlıq və gənclik illərini doğulduğu şəhərdə keçirir. Yetkinlik yaşlarında Birləşmiş Ştatlara köçən Eker biznes dünyasına qoşulur. Ona uğur gətirən idman alətləri mağazalar şəbəkəsini qurana qədər onlarla sahədə iflas edir. İdman alətləri şəbəkəsindən milyonlar qazanan Eker yalnış idarəetmə nəticəsində bütün sərvətini itirir. Düşdüyü vəziyyətdən dərin sarsıntı keçirən Eker varlı insanların həyatını, pulla davranışını, sərvət idarəçiliyini araşdırmağa, təhlil etməyə başlayır, niyə bəzi insanların varlana, digərlərinin varlana bilmədiyini öyrənir. Araşdırmalarının nəticəsi olan “Milyoner Zehnin Sirləri” kitabını yazır, nəşr New York Times bestsellerinə çevrilir. Eker eyni adlı təlimlərinə start verir və itirdiyi sərvəti nəinki bərpa edir, bir çox sahələrə yatırımlar etməklə sərvətinə sərvət qatır.