Məhsul kodu: 12278
Kitab insanın psixoloji inkişaf və dəyişiklik səyahətinə dair yazılmışdır. Əsas məqsədi oxucuların özlərini tanımaları, hiss və düşüncələrini dərk edərək davranışlarını dəyişdirmək və həyat keyfiyyətlərini yüksəltmələri üçün praktiki və nəzəri bilgilər təqdim etməkdir.
Kitab insanların hadisələr qarşısında ortaya çıxan emosiyaları necə şərh etməsi üzərində dayanır. Emosiyaların insan həyatına təsiri haqqında müxtəlif nəzəriyyələr təqdim edilir. Robert L. Lihinin emosional sxemlər nəzəriyyəsi ilə əlaqəli fikirlər geniş izah edilir. Müəllif, hadisələrin özündən çox, hadisələr haqqında insanların fikirlərinin onların emosiyalarına təsir etdiyini vurğulayır. Müxtəlif situasiyalar qarşısında insanların nəzarət et və ya sənə nəzarət etsinlər şəklində iki əsas davranış strategiyasına müraciət etdiklərini bildirir və bunun əslində insanların hisslərini idarə etməyə çalışmaqda səhv yollara baş vurmasına səbəb olduğunu qeyd edir.