Məhsul kodu: 12276
97 il ömür sürmüş Bertran Rassel bir dəfə zarafatyana demişdi: “İşlərimin çoxluğundan ölümü yubatmalı oldum”. Rassel, doğrudan da, dünya elmində çoxşaxəli nəhəng fəaliyyəti ilə tanınan böyük alimdir – görkəmli riyaziyyatçı, məntiq elminə Aristoteldən sonra ən böyük töhfə vermiş şəxs, fəlsəfə tarixi və idrak nəzəriyyəsi üzrə böyük tədqiqatçı, ingilis neorealizm və neopozitivizm fəlsəfi məktəbinin yaradıcılarından biri olan böyük mütəfəkkir, eyni zamanda ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Nobel mükafatına layiq görülən ədib... Rasselin bu kitabda yer alan müsahibələrini “mürəkkəb suallara sadə cavablar” da adlandırmaq olar. Böyük fikir adamı olan Rassel burada öz aktuallığını həmişə qoruyub saxlayan ən müxtəlif problemlərdən söz açır, onlar barəsində anlaşıqlı dildə danışır və mövzuya aydınlıq gətirən düşüncələrini bölüşür.