Məhsul kodu: 12256
Gənc tədqiqatçı və kolleksiyaçı Səyavuş Əlizadənin “Bakılı belə danışır ‒ Bakı ləhcəsi” kitabında artıq yavaş-yavaş unudulmaqda olan spesifik Bakı-Abşeron leksikonunun sözlərinin sanki bir ekspozisiyası toplanmışdır. Bəli, bu kitab da sanki bir ekspozisiyadır. Lakin burada real maddi eksponatlar yox, mənəvi-xəyali eksponatlar ‒ Bakı leksikonunun sözləri toplanmışdır. Hər birinin izahı, mənşəyi barədə məlumatlar səliqəylə toplanıb kitaba yerləşdirmişdir.