Məhsul kodu: 12050
Bu əsər marksizmin öz fəlsəfi sələflərinə münasibətini ifadə edir və marksizmin mahiyyətini şərh edir. Əsərdə fəlsəfənin əsas məsələsi, materializm və idealizm, aqnostisizm və onun bütün təzahürləri, bəşər cəmiyyəti tarixində fəaliyyət göstərən ümumi inkişaf qanunları, iqtisadi bazis və üstqurum və s. izah edilir. Fridrix Engels elmi kommunizmin fəlsəfi mənbələrini – xüsusilə Hegelin idealist dialektikası və Feyerbaxın metafizik materializmini tənqid edir və fəlsəfənin inkişafında yeni bir dövrün başladığını göstərir. Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah etmişlər, mətləb isə onu dəyişdirməkdən ibarətdir.