Məhsul kodu: 12033
İstənilən bədii əsər öz oxucusu, tamaşaçısı ilə şərti, xəyali bir müqavilə ilə başlayır. Möhürsüz, imzasız bu müqaviləyə əsasən hər bir oxucu, tamaşaçı bir azdan daxil olacağı dünyanın alternativ qaydalarını qəbul edir. Bu alternativ reallıqda kimsə gecənin narahat yuxusundan oyanıb böcəyə çevrildiyini görə bilər, bir neçə adamın hər hansı bir şəhərdə bir gün ərzində yalnız fikrindən keçənləri nəql oluna bilər. Mənə görə, sənətin bədii-alternativ dünyasında baş verənləri, oranın özünəməxsus qanunlarını, kənarçıxmalarını real həyatın qaydalarına əsasən ölçmək faydasız işdir. İncəsənət həyatın birəbir surəti, əkiz tayı, solğun kseroksu deyil; əksinə, gerçəkliyin müəllifin daxili laboratoriyasında – xəyal məngənəsində, fantaziya dəzgahında, yuxu ilə ayıqlıq arasında baş tutan kimyəvi təcrübədə yaratdığı alternativ reallıqdır. Filmlər bu alternativ reallığın rəngli yuxularıdır.