Məhsul kodu: 12032
Ölümdən sonra həyatın olduğuna dəlalət edən, həqiqi hadisələrin təsvirini verən bu kitab kliniki ölüm keçirtmiş insanların gerçək təcrübəsindən bəhs edir. Təsvirlər heyrətamiz dərəcədə bir-birinə elə oxşar, elə canlı və elə rəfedilməzdir ki, onlar bəşəriyyətin həyat, ölüm və ruhun ölümdən sonrakı yaşayışı haqqındakı baxışını bir dəfəlik dəyişdirmək iqtidarındadır.
Bütün iztirablarım yox olur...
Mən zil qaranlıqda böyük sürətlə hərəkət edirdim...
Tam dinclik, rahatlıq duyğusu məni sarmışdı. Qorxu hiss etmirdim...
İşıq məndən soruşdu: - Sən ölümə hazırsanmı? Həyatında hansı əlamətdar hadisələr olub?..
Geriyə qayıt! Sənin yerdəki işin hələ qurtarmayıb!..
Mən tavandan əməliyyat stolunun üstündə uzadılmış fiziki bədənimin ətrafında adamların hərəkət etdiyini gördüm. Öldüyümü bilirdim. Uşaqlar üçün çox narahat idim. Fikir çəkirdim ki, onların qayğısına kim qalacaq? Yəni mən getməyə hazır deyildim. Allah buna görə həyata qayıtmağıma imkan verdi...
Mən geriyə-öz bədənimə necə qayıtdığımı xatırlamıram