Məhsul kodu: 11983
Fransisko Ayala İrvində Kaliforniya Universitetində Biologiya və Fəlsəfə professorudur. Beynəlxalq Elm Akademiyasının (NAS/National Academy of Science) üzvü olan Ayala 2001-ci ildə Beynəlxalq Elm medalına layiq görülüb və 2008-ci ildə NAS və Tibb institutu (İnstitute of Medicine) tərəfindən birgə nəşr edilən Elm, Təkamül, Yaradılışçılıq (Science, Evolution and Creationism) Yazı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Ayala “Darvinin elm və dinə hədiyyəsi”, “Mən meymunam?” daxil olmaqla, elm və dinin kəsişməsi ilə bağlı bir çox kitab və məqalə yazmışdır. O, həyatın mənəvi ölçüsünü üzə çıxarmaqda verdiyi töhfəyə görə 2010 Templeton Mükafatı kimi bir çox fəxri ad və mükafatların sahibidir.
Təkamül nədir? Darvin haqlı idimi? Təbii seçmə nədir? Ən uyğun olanın həyatda qalması nə deməkdir? Təkamül təsadüfi prosesdirmi? Növ nədir? Xromosomlar, genlər və DNT nədir? Genlər bədəni necə əmələ gətirir? Molekulyar təkamül nədir? Həyat necə başladı? Həyat ağacı nədir? Mən həqiqətən meymunammı? Fosil qeydləri bizə nə deyir? Çatışmayan halqa nədir? Zəka irslə keçirmi? İnsan təkamülü davam edəcəkmi? Mən özümü klonlaya bilərəmmi? Əxlaq haradan gəlir? Dil yalnız insana məxsus xüsusiyyətdir? Yaradılışçılıq doğrudurmu?