Məhsul kodu: 11982
Məktəbləşmə təhsillə eyni mənanı daşıyırmı? Qətiyyən yox. Hamı hər gün nələrsə öyrənir. Sözün düzü, insanların əksəriyyəti məktəbləşmənin birbaşa və dərin təsirdən məhrum olduğunu bilir. Bu vəziyyətdə iki suala cavab vermək lazımdır:
1. Cəmiyyətlərdə məktəbləşməyə bu qədər əhəmiyyət və prestiji əta edən nədir?
2. Təhsilin fəaliyyəti özündə bir şübhə ehtiva edirsə, məktəbləşmə özündə hansı mənanı ehtiva edir?
İvan İlliç bu əsərində məktəbin status-kvonun qorunmasına vəsilə olan vasitələrdən biri olduğu üçün bu prestijə malik olduğuna dair tezisini sübut etməyə çalışır. Onun fikrincə, müasir məktəblər həm təhsil baxımından kifayətsizdir, həm də müəyyən mənada bölücüdür.